Kianu Rivz

Kianu Rivz
ing. Keanu Charles Reeves
Doğum adı Keanu Charles Reeves
Doğum tarixi 2 sentyabr 1964(1964-09-02)[1][2][…] (59 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Fəaliyyəti televiziya aktyoru, kino aktyoru, aktyor, film prodüseri, kinorejissor, müğənni, səsləndirmə aktyoru[d], yazıçı
Fəaliyyət illəri 1984-cü ildən
Boyu 1,86 m[7]
Çəkisi 79 kq[7]
IMDb ID0000206
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kianu Çarlz Rivz (2 sentyabr 1964[1][2][…], Beyrut[6]) — Kanada aktyoru. Beyrutda doğulub Torontoda böyüyən Rivz, aktyorluq debütünü 1984-cü ildə efirlərə çıxan "Hangin' In" teleserialında rol alaraq etmişdir. Bundan iki il sonra o, 1986-cı ildə çəkilmiş tammetrajlı film olan "Youngblood"-da görünüb.

Kianu Rivz 1989-cu ildə "Bill & Ted's Excellent Adventure" komediya filmində baş rol oynadıqdan sonra tanınma qazanmış və onun davam filmlərində də çəkilmişdir. O, "My Own Private Idaho" filmindəki roluna görə təriflənmişdir. "Point Break" və "Speed" ​​filmlərindəki rollarına görə isə döyüş filmlərinin ulduzu kimi tanınmışdır.

Kianu Rivz bir sıra yaxşı nəticə verməyən filmə çəkildikdən sonra nəhayət 1997-ci ildə buraxılan "İblisin vəkili" qorxu filmindəki roluna görə yenidən rəğbət qazanıb. O, 1999-cu ildə ekranlara çıxan "Matris" filmindəki Neo obrazına görə müsbət rəylər toplayıb. Kianu, "Constantine" (2005) filmində Con Konstantin rolunda çəkilmişdir. Həmçinin, "The Lake House" (2006), "The Day the Earth Still" (2008) və "Street Kings" (2008) filmlərində də rol almışdır. Kianu Rivz bir müddət uğursuzluqla üzləşdikdən sonra 2014-cü ildə "Con Vik" filmlərində sui-qəsdçi rolunu oynayaraq uğurlu bir geri dönüş edib. Time jurnalı 2022-ci ildə onun adını "Dünyanın ən təsirli 100 insanları" siyahısında göstərmişdir.[8]

Kianu Rivz aktyorluqla yanaşı həm də rejissor kimi də fəaliyyət göstərir. 2013-cü ildə onun rejissorluq etdiyi "Man of Tai Chi" filmi ekranlara çıxmışdır. Kianu, Dogstar qrupunda bas gitara çalır və yazıçılıq və xeyriyyəçilik kimi digər işlərlə də məşğul olur.

  1. 1 2 Keanu Charles Reeves // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Keanu Reeves // GeneaStar.
  3. 1 2 https://www.express.co.uk/celebrity-news/1127541/Keanu-Reeves-girlfriend-tragedy-John-Wick-Chapter-3-Parabellum-UK-cinemas.
  4. 1 2 https://www.elle.com/es/star-style/el-estilo-de/a40552013/keanu-reeves-alexandra-grant-estilo-pantalones-rosa-fucsia/#:~:text=de%20Nueva%20York-,Keanu%20Reeves%20y%20su%20novia%20Alexandra%20Grant%3A%20derroche%20de%20estilo,rosa%20fucsia%20y%20blusa%20negra.&text=Keanu%20Reeves%20y%20Alexandra%20Grant%20siempre%20han%20sido%20una%20pareja%20muy%20reservada..
  5. 1 2 https://www.telva.com/celebrities/2022/07/08/62c80bd001a2f1a58a8b4679.html.
  6. 1 2 Deutsche Nationalbibliothek Record #119230453 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  7. 1 2 https://autourdelafrance.com/keanu-reeves-taille-poids-et-age/.
  8. "Keanu Reeves is on the 2022 Time 100 List". Time. May 23, 2022. March 31, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2023.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search